Onlayn bukmeyker kontor

Salam dostlar. Qısa edəcəm. Fikir verirəm,  turnirdə pul mukafatı imtina olunduqdan sonra bir çoxları iştirak etməkdən boyun qaçırdı. Özü bilər, şəxsi fikridir və hörmətlə yanaşıram. Amma həmin şəxslər anlamadılar ki, bu turnir onlar üçün gələcəyə bir qapı ola bilərdi. Bir-iki ay turnirdə iştirak etməklə, düzgün proqnozlar yazmaqla öz izləyicilərinin sayını artıra bilərdi və müəyyən müddətdən sonra proqnozları satmaqla yaxşı gəlir əldə etmiş olardı. Bu gün 100 manata görə kölgəyə çəkilməyi üstün tutanlar, sabahın minlərlə qazancının üstündən xətt çəkdiklərinin fərqində belə deyirlər. Praktika göstərir ki, yaxşı futbol, basketbol kuponları yazanlar müəyyən müddətdən sonra bukmeyker saytlarından təklif alırlar. Təssüf edirəm ki, çılız, xırda bir məbləğə görə ələ düşən imkandan istifadə etmirik.  
İzlə: E-mail vasitəsi ilə izlə Təxminlər lentinə (ana səhifə) əlavə et və izlə Sms bildiriş vasitəsi ilə abunə ol
+1
  
Salam dostlar. Sizi saytımızda görməkdən məmnunuq və şadıq ki, Azərbaycanda belə savadlı, analitik təxminçilər var. Çox tərifləməyəcəm, keçim tövsiyələrimə:)
1) İki gündür fikir verirəm və diqqətlə izləyirəm. Bəzi istifadəçilər sözün əsl mənasında daha düzgün analiz etməklə və səbrlə mərc etsələr, gələcəkdə yaxşı kapper ola bilərlər. 
2) Bir daha qeyd etmək istəyirəm ki, qaydaları oxuyun, o zaman qarşılıqlı hörmət olacaq. Bu gün ən azı 10 proqnoz silmişəm. Gah lazımsız şərh yazılıb, gah böyük hərflərlə yazılıb, gahda elmə məlum olmayan dildə yazılıb.  Biri yazır böyrəyini sat vur, biri yazır evini sat. Hələ bayaq biri yazır ki, mən mənəm, məni hər kəs, Sonanın uşaqları belə tanıyır. Bir az profisional olun, bura uşaq baxçası deyil;)
3) Qaydalar hər kəs üçün keçərlidir, yaşından, dinindən, irqindən, məhlədə uşaqların arasında olan hörmətindən, çayxanada səsini qalın edib danışmağından aslı olmayaraq pozularsa ilk növbədə proqnoz silinəcək və bu barədə yazılı bildiriş göndəriləcəkdir. Əgər ikinci səfər bu hal təkrarlanarsa xəbərdarlıq edilmdən proqnoz silinəcək və sayta girişi qadağan olunacaqdır. Çünki özünə hörmət etməyənə bizdə etmirik.

Hər kəsə bol şanslar arzu edirəm.
İzlə: E-mail vasitəsi ilə izlə Təxminlər lentinə (ana səhifə) əlavə et və izlə Sms bildiriş vasitəsi ilə abunə ol
+2
Salam dostlar. Bilirəm ki, sizlərin arasında savadlı, düzgün analiz edənlər var. Amma niyə proqnozlar yazmırsız mən bunu anlamıram? 7-8 cümləlik öz analizinizi şərh etmək bir o qədər çətindir sizə? Biz bu saytı yaradanda düşünürdük ki, birlikdə çox işlər görəcəyik, amma görürəm ki, saytın ziyarətçiləri "ver yeyim, ört yatım" kimi düşünürlər. "Hazıra nazir" düşüncəsi nə qədər bizdə olacaq , biz inkişaf edə bilməyəcəyik. Bu sayt gələn il Türkiyə bazarına girəcək. Şəxsən mən vrognoze.ru saytının əməkdaşlarını inandıra bildim ki, ilk Azərbaycandan başlayaq. Çünki türklərə qapılarımızı açan zaman istəyirdim bizlərin necə analitik olduqlarını görsünlər. Əsla düşünməyin sizə minnət edirəm və ya nəsə başqa şey. Bunu yazmaqda da məqsədim odur ki, mənim planlarım sizə agah olsun. Gündə güvəndiyiniz bir oyunu heç olmasa 90% düzgün təhlil edib yazsanız, qısa müddətdən sonra inkişaf edə bilərik. Geridə qalan 10% isə bir şansdır. Hamınıza uğurlar arzu edirəm. Bol şanslar.
P.S.: Bu axşam üçün düşünürəm ki, Totenxem Q2, Paris x2..
İzlə: E-mail vasitəsi ilə izlə Təxminlər lentinə (ana səhifə) əlavə et və izlə Sms bildiriş vasitəsi ilə abunə ol
0
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat