Analiz strategiyası, təxminlərin düzgün yazlışı və s.

Salam dostlar. Bilirəm ki, sizlərin arasında savadlı, düzgün analiz edənlər var. Amma niyə proqnozlar yazmırsız mən bunu anlamıram? 7-8 cümləlik öz analizinizi şərh etmək bir o qədər çətindir sizə? Biz bu saytı yaradanda düşünürdük ki, birlikdə çox işlər görəcəyik, amma görürəm ki, saytın ziyarətçiləri "ver yeyim, ört yatım" kimi düşünürlər. "Hazıra nazir" düşüncəsi nə qədər bizdə olacaq , biz inkişaf edə bilməyəcəyik. Bu sayt gələn il Türkiyə bazarına girəcək. Şəxsən mən vrognoze.ru saytının əməkdaşlarını inandıra bildim ki, ilk Azərbaycandan başlayaq. Çünki türklərə qapılarımızı açan zaman istəyirdim bizlərin necə analitik olduqlarını görsünlər. Əsla düşünməyin sizə minnət edirəm və ya nəsə başqa şey. Bunu yazmaqda da məqsədim odur ki, mənim planlarım sizə agah olsun. Gündə güvəndiyiniz bir oyunu heç olmasa 90% düzgün təhlil edib yazsanız, qısa müddətdən sonra inkişaf edə bilərik. Geridə qalan 10% isə bir şansdır. Hamınıza uğurlar arzu edirəm. Bol şanslar.
P.S.: Bu axşam üçün düşünürəm ki, Totenxem Q2, Paris x2..
İzlə: E-mail vasitəsi ilə izlə Təxminlər lentinə (ana səhifə) əlavə et və izlə Sms bildiriş vasitəsi ilə abunə ol
0
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat