Hazır kuponlar, canlı futbol, analizlər, tahminler




TƏXMİNLƏR



Düzgün hesablanmayan mərclər

Nadir hallarda təxminlərdə qeyd olunan matçın hesabı, sizin digər saytlarda gördüyünüz hesabla düz gəlmir. Bütün nəticələr siz seçdiyiniz Bukmeyker xətti üzərindən qeydə alınır. Bundan əlavə sizin yazılan analizlər və ya şərhlər üzrə şikayət və təklifləriniz varsa, sol aşağı küncdə “Dəstək” düyməsindən istifadə edə bilərsiniz.


Matç bitdikdən sonra təxminlər hesablanmayıb.

Sayta quraşdırılan unikal sistem vasitəsi ilə, matçlar bitəndən sonra robotlar 15-20 dəqiqəyə təxminləri hesablayır. Əgər 2 saat müddətinə hesablanma qeydə alınmazsa lütfən kömək üçün admin və ya moderatorlara müraciət edin.


Proqnoz necə əlavə edək?

Proqnoz əlavə etmək üçün siz öz profilinizə daxil olmalısınız və adınızın üzərindən vurub açılan pəncərədə “Təkli kupon əlavə et” və ya “Ekspress kupon əlavə et” seçməlisiniz. Daha sonra açılan səhifədə ardıcıllıqla xanaları seçirsiz, və qaydalara uyğun olaraq analizi ətraflı yazırsınız. Əgər kupon qəbul oldunduqdan sonra silinərsə, demək siz qaydalara əməl etməmisiniz.


Təxmin əlavə edə bilmirəm

Əgər siz təxmin əlavə edə bilmirsinizsə çox güman aşağıdakı hallardan biri mövcüddür: -İlk öncə qeyd edək ki, saytda qeydiyyatınız uğurla tamamlanmalıdır; -Siz daxil olduğunuz qrup üzrə təyin olunan limiti keçmisiniz və ya təyin olunan limit üzrə nəticəsi gözlənilən təxminləriniz var; -Mümkündir ki, sizə təxmin əlavə etmək qadağan olunub; -Kupon üzrə yazdığınız analiz bizim qaydalara uyğun deyil.


Təxminim ana səhifədə və ya proflimdə görsənmir

Bəzən sizin təxmin “yoxlanış” olan bölməyə göndərilir və nəşr olunmur. Belə hallarda gözləyin və ya adminlərə müraciət edin.


Təxminim qəbul oldunduqdan sonra silinib

Əgər sizin təxmin qəbul olunduqdan sonra silinibsə - Sizin təxmin bizim qaydalara uyğun yazılmayıb. Yadda saxlayın ki, bütün təxminlər admin və moderatorlar tərəfindən bir-bir yoxlanılır. Əgər qaydaların pozulması qeydə alınıbsa matç bitəndən sonra da silinə bilər. Lütfən bu anı diqqətdə saxlayın və qaydalara əməl edin.


Təxminlərin redaktəsi və ya silinməsi

Əgər siz analiz yazan zaman hər hansısa vacib məlumatı qeyd etməyi unutmusunuzsa və ya təsadüf nəticəsində nəşr etmisinizsə kömək üçün admin və ya moderatorlara müraciət edə bilərsiniz. Diqqət!!! Kömək üçün müraciət- matçın başlamasına 10 dəqiqə qalmışa qədər edilə bilər.



ÇAT VƏ FORUM



Çatda şərhim silinir

Əgər sizin şərhiniz çatdan silinirsə demək siz qaydaları pozursunuz. Lütfən qaydalarla tanış olun!


Mən çatda yaza bilmirəm

Əgər siz çatda yaza bilmirsinizsə çox güman qaydaları pozduğunuz üçün blok olmusunuz. Əgər sistem tərəfindən avtomatik blok götürülməsə lüftən admin heyətinə müraciət edin.


Şərhim forumda silinir

Əgər nəşr olunduqdan sonra sizin şərhiniz forumdan silinibsə, demək siz qaydaları pozmusunuz. Və ya sizin şərhiniz, sayta quraşdırılmış anti-spam tərəfindən silinib. Bu vəziyyətdə siz blok olursuz. Admin heyətinə müraciət etmənizi məsləhət görürük.



TURNİRLƏR VƏ KONKURSLAR



Turnirdə necə iştirak edək?

Turnirdə iştirak etmək üçün saytda qeydiyyat olmanız lazımdır. Hər ay turnirlər yeniləncək və siz şərtlərə uyğun olaraq turnirdə iştirak edə bilərsiniz. Qaydalara çox ciddi riayət etməlisiniz, əgər əməl olunsa siz mükafat üçün yarışa qatıla bilərsiniz. Turnirdə iştirak etmək üçün heç bir ödəniş tələb olunmur, tamamilə pulsuzdur.


Turnirdə nəticə(lər) hesablanmayıb

Turnirdə nəticələr matç bitdikdən sonra 24 saat müddətində hesablanır. Əgər bu müddətdə hesablanma baş verməyibsə lütdən admin heyəti ilə əlaqə saxlayın.


Turnirdə təxmin zamanı səhv etdim

Bizim qaydalara əsasən turnirdə təxminlər dəyişdirilmir və ya silinmir.



ÖDƏNİŞLİ TƏXMİNLƏR



Ödənişli təxminlər nədir?

Ödənişli təxminlər- güvənli proqnozçular tərəfindən tərtib olunan kuponların satışıdır.


Təxmin satmaq istəyirəm

Təxminləri satmaq üçün ümumi qaydalara riayət etmək və sorğu göndərmək lazımdır.



ÜMUMİ SUALLAR



Bank məbləği sıfır və ya "virtual kredit"

Kreditin qaytarılması o halda mümkündür ki, adminlər tərəfindən təyin olunan minimum məbləğ 400 azn olsun. Bu zaman sistem avtomatik olaraq verdiyi krediti geri götürür.


Mükafatların verilməsi

“Ay ərzində stabil üzvlər” reytinq və turnirlər üzrə keçirilən yarışlarda qalib gəlmiş proqnozçuların mükafatının verilməsi qaydaları aşağıdakı kimidir: -Bütün mükafatçıların qaydalara əməl edib-edilməməsi yoxlanılacaq. Əgər qaydalara riayət olunubsa, mükafatçıların şəxsiyyətini təsdiq edən sənədin sürəti (ön və arxa) tələb olunacaqdır. -Sənədlər və ən vacibi mükafatçının yaşı 18-dən yuxarı olacaqsa , turnir bitdikdən sonra 1 ay (ortalama 10 gün) müddətinə adlarına bank vasitəsi ilə mükafat göndəriləcəkdir.


Mənim adım "TOP STABİL ÜZVLƏR" arasında yoxdur

Səbəblər:
-Qaydalara əməl olunayıb
-Başlanğıc bank məbləği şərtlərdə göstərilən məbləğdən az olması
-Sizin kreditiniz var


Qeydiyyat prosessi

Sizi www.freebets.tips saytında xoş gördük. Əgər aşağıda qeyd olunanları ardıcıllığla yerinə yetirsəniz qeydiyyat prossesində heç bir çətinlik olmayacaqdır. Saytda qeydiyyat prossesi hal-hazırda iki yolla həyata keçirilir. 1) Sosial şəbəkələr vasitəsi ilə (facebook və gmail) 2) Saytın daxilində 1) Üst paneldə- mərkəzdə gördüyünüz kimi "BİRİNİ SEÇ, DAXİL OL" sözünün yanında hər iki sosial şəbəkənin "icon" vardır. Sizə lazım olanın üzərindən vurub qeydiyyatı tamamlaya bilərsiz. 2) Üst paneldə- sağda gördüyünüz kimi "Qeydiyyat ol" üzərinə sıxıb qaydalar yazılan səhifəyə yönləndirirsiz. Əgər saytın qaydaları ilə razılaşırsınızsa "Qəbul et" düyməsinin üzərindən vurub növbəti səhifəyə yönləndirləcəksiniz. -Açılan səhifədə vacib olan xanaları doldurduqdan sonra "Qeydiyyatı tamamla" düyməsinin üzərindən vuracaqsınız. Növbəti səhifədə sizə qırmızı fonun içində təlimat yazılacaqdır. -Qeydiyyat zamanı qeyd etdiyiniz e-mail ünvanını açırsız və sizə göndərilən məktubun daxilində təqdim olunan linkin üzərinə vuraraq qeydiyyatı tamamlayırsız. Poçtaya daxil olarkən "Spam" qovluğunu yoxlamağı unutmayın. Çünki bəzi "e-mail" xidməti göstərən servislər bizim məktubu "spam" kimi qəbul edir. Sizə bol şanslar!


Xəta və ya səhvlər

Əgər siz təxminlər və ya çatda yazarkən hər hansısa bir xəta baş verirsə, brauzerin keşin təmizləmək lazım. Əgər keş düzgün təmizləndikdən sonrada xəta davam edirsə lütdən adminə şəxsi ismarış vasitəsi ilə müraciət edin. (müraciət zamanı ekranın şəkilini(skrinşot) çəkmənizi xahiş edirik)

Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat