Futbol. UEFA Champions League
10-07-2018, 22:10

Astana - Sutjeska

Təxmin:
Q1
Məbləğ:
(+4,8)
Başlama vaxtı: (2018-07-11 17:00)
1:0 (1:0,0:0)
ÇL da növbəti oyun. Qazağıstan çempionu Astana, Monteneqro çempionu Sutyeska ilə görüşə çıxır. Görüşün aşkar favoriti qazaxlardır. Astana son illər avropa yaşıl meydanlarında yaxşı nəticələr göstərir. Hətta ÇL-da qruplara qalıb Atletiko, Benfika, Qalatasaray kimi komandalarla mübarizə aparıb və öz meydanında onlara təslim olmayıb. Hətta avroliqada 1/16 finala qədər gedib çıxa bilib. Qarabağın liderlərindən olan və yığmamızın oyunçusu Almeyda da bu komandaya transfer olundu. Baş məşqçi də hər kəsin tanıdığı, Qəbələnin sabiq baş məşqçisi Roman Qriqorcukdur. Qəbələ ilə avroliqada əldə etdiyi uğurları hər kəs bilir və aqresiv hücum futbol oynayacaqları şüpəsizdir. Heyətlərində Murtuzayev Roman var, əgər əsas heyətdə meydana çıxsa ən azı bir qol ondan gözləyirəm. Rəqibi haqqında elədə məlumatım yoxdur. Statistkaya baxanda gözümə dəyən ilk o oldu ki, hər oyunda qol vurmadan meydanı tərk etmirlər. Qazağıstandan fərqli olaraq Montenegroda çempionat hələ başlamayıb, komandanın indiki vəziyyəti haqqında heç bir məlumatım yoxdur. Heç yoxlama oyunlarınada çıxmayıblar son ay yarım müddətdə. Gözləyək, düşünürəm ki, növbəti mərhələni sabahkı oyunda həll edəcəklər. Kim istifadə edəcəksə bol şanslar.
Şərh yazmaq üçün mütləq qeydiyyat ol və ya daxil ol.
× Qonaq qrupuna daxil olan ziyarətçi şərh yaza bilməz.
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat