Futbol. UEFA Europa League
12-07-2018, 00:09

Neftchi Baku - Ujpest

Təxmin:
Q1
Məbləğ:
(+10,4)
Başlama vaxtı: (2018-07-12 20:00)
3:1 (1:1,2:0)
Növbə gəldi çatdı Avrpliqa matçlarına. Bu gün Qarabağ bizim üzümüzü güldürdü, inşallah Neftçi, Qəbələ və Keşlədə uğurlu nəticə əldə edərlər. Hər 3 komandamıza uğurlar arzulayıram. Proqnoza gəldikdə isə bu üç komandadan yalnız Neftçi üçün əlavə edəcəm çox güman. Açığı Qəbələ haqqında nikbin düşüncəm yoxdur, amma Keşləyə ümid edirəm.
Neftçidə rəhbər dəyişəndən sonra klubda əməlli başlı köklü islahatlar getdi. Hətta Tərlan Əhmədov yaxşı nəticə göstərsə belə onu çıxarıb yerinə xaricdən Robetro Bodrini gətirdilər. Komandanın özəyin saxladılar, bəzilərini göndərdilər və yeni sanballı transferlər etdilər, dünya çapında tanınmış "Türk Hava Yolları" sponsor oldu. Keçirdikləri yoldaşlıq görüşlərində də pis nəticələr əldə etmədilər. Ən vacibi qol vurmağı bacarırlar. Bu il çempionatımıza rəng qatacaqlarını düşünürəm. Rəqibi Uypeşt bəlkədə bir vaxtlar bizim üçün güclü komanda ola bilərdi, amma indi səviyyə fərqinə görə rəqibindən geridə qalır. Keçirdikləri son oyunlara baxdım, qol vurmağı bacaran komandadır, amma nəticə ürək açan deyil. Sabahkı görüşdə Neftçinin kapitanı Ruslan Abışovun başçılıq etdiyi müdafiə xətti ehtiyatlı oyanacaqlarını düşünürəm. Sonda qeyd edim ki, Netfçidən ən azı iki qol gözləyirəm. Kim istifadə edəcəksə uğurlar!
QEYD: Avroliqa matçlarına 4-dən çox təxmini turnirdə əlavə etmişəm. Buyurun baxın..
İzlə: E-mail vasitəsi ilə izlə İzlədiklərimə əlavə et Sms bildiriş vasitəsi ilə abunə ol
+1
Şərh yazmaq üçün mütləq qeydiyyat ol və ya daxil ol.
  1. MüəllifIsaq
    12 iyul 2018 10:12
    Xəbərləri oxudum, demək bizimkilər rəqibin iki futbolçusuna viza verməyib, onlardan biri də hücumcudur. Təyyarə 10 saata Bakıya gəlib çatıb, komanda stadionda məşqə çıxa bilməyib, gecikib. Yəni sözümün mustafası ilahi güc əlindən gələni edir ki, Neftçi qələbə qazansın :)
× Qonaq qrupuna daxil olan ziyarətçi şərh yaza bilməz.
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat