Futbol. UEFA Europa League
30-08-2018, 15:31

Qarabag - Sheriff Tiraspol

Təxmin:
Q1
Məbləğ:
(+13,8)
Başlama vaxtı: (2018-08-30 20:00)
3:0 (2:0,1:0)
və nəhayət gəldim sonuncu və bu gün üçün ən vacib olan oyuna. Doğma Qarabağımız Al-də son sınağı və təsnifat mərhələsində bu sezon üçün son ev görüşü. Çox təssüf ki, vətəndə deyiləm, yoxsa mütləq matçı stadiondan izləyəcəkdim. Komandamız üzərində gərginliklər çoxdur, Arzular ÇL olduğu halda indi AL-də qrup mərhələsində iştirak etmək sual altındadır. Mətbuatı və sosial şəbəkələri yaxından izləyirəm. Komanda üzərində təyziq böyükdür və buda yaxşı hal deyil. Məhz elə həmin psixoloji təsir altında bizim üçün əziz olan Rəşad Sadıxov ard-arda səhvlər etdi və qapımızda qol gördük. Bu məni bir azarkeş kimi çox üzür. Çox güman bu axşam əsas heyətdə oynamayacaq. Emaqara bu axşam özün göstərməlidir. Uzun uzadı yazıb başınızı ağrıtmaq istəmirəm. Bu axşam bütün azərbaycanlılar kimi məndə komandamızdan qələbə gözləyirəm. Bol şanslar!
İzlə: E-mail vasitəsi ilə izlə İzlədiklərimə əlavə et Sms bildiriş vasitəsi ilə abunə ol
+1
Şərh yazmaq üçün mütləq qeydiyyat ol və ya daxil ol.
× Qonaq qrupuna daxil olan ziyarətçi şərh yaza bilməz.
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat