Futbol. FIFA World Cup Qualification
10-11-2017, 16:04
Sweden - Italy
Başlama vaxtı: (2017-11-10 22:45)
1:0 (0:0,1:0)
Bu günün ən maraqlı oyunu. Düzdür digər ölkələrində matçları var, amma nəzərə alsaq ki, onlar yoldaşlıq oyunudur, bu matça maraq daha çoxdur. İlk öncə onu deyim ki, bukmeykerlər favorit olaraq İtaliyanı göstərirlər. Amma İsveç yığmasıda elə-belə komanda deyil və qrupda Fransanı öz meydanında 2-1 yenmişdir. Hollandiya ilə 1-1 bərabərə qalmışdı. Yəni deməyim odur ki, doğma meydanda, azarkeşlər önündə yaxşı oyun sərgiləyə bilir. İtaliya azarkeşləri məndən inciməsin, amma komanda əvvəli oyunu göstərə bilmir. Kontenin vaxtında daha agresiv və baxımlı oyun göstərirdilər. Bu matçda onlar üçün heç-heçə yaxşı nəticə olacaqdır və qol buraxmamağa çalışacaqlar. Əllərinə düşən şansdan da istifadə edib bir qol vurmaq üçün yararlanmaq istəyəcəklər. Amma İsveçlilər yaxşı başa düşür ki, bu matçda sərfəli nəticə qazana bilməsələr, səfərdə onları ağır oyun gözləyir. Bir sözlə, İsveçin bu axşam uduzmayacağını gözləyirəm.
118
Şərhlər (0)
Şərh yazmaq üçün mütləq qeydiyyat ol və ya daxil ol.