Professional proqnozçuların futbol analizləri ,təxminlər

FIFA World Cup 2018
Bu gün, 10:22
South Korea - Mexico
Təxmin:
Q2
Məbləğ:
6
Başlama vaxtı: 6 saat 44 dəq. sonra (2018-06-23 18:00)
Meksikanın qələbəsinə yaxşı əmsal verirlər. Mənim üçün bu görüşdə favorit meksikalılardır. Almaniyadan 3 xalı ala biliblər. Turnir cədvəlinə hal-hazırda İsveclə başlıcılıq edirlər və nəzərə alsaq ki, bu axşam Almaniya-İsvec matçı var və almanlar qalib gəldiyi halda şansını saxlayır qrupdan çıxmaq üçün, bu səbəbdən Meksika Koreyanı məğlub edərək elə ikinci turda vəsiqəni təmin etmiş olacaqlar. Çünki növbəti tur məhz isveclilərə qarşı mübarizə var və talelərini şansa buraxmayacaqlar. Ç. Koreya ilk turda İsveclə matçda qapıya bir dəqiq zərbə belə endirə bilmədi. Düzdür, topa sahib olma, sürətli hücumlar var idi, amma yekun nöqtəni qoyan olmadı. Düşünmürəm ki, bu matçada fövqal hadisə baş verə
FIFA World Cup 2018
Bu gün, 10:12
Belgium - Tunisia
Təxmin:
İ.T.ALT: K2 (0,5)
Məbləğ:
6
Başlama vaxtı: 3 saat 44 dəq. sonra (2018-06-23 15:00)
İstərdim Q1 və YQ seçəm, amma təssüf ki, burda elə şey yoxdur. Bu səbəbdən Tunisin qol vura bilməyəcəyni götürdüm. Bunun üçün bir çox səbəblər var, ən başlıca Belçikanın özü. Komanda mükəmməl oyun göstərir. Avropadan hal-hazırda bu komandanın oyunu çox xoşuma gəlir. Tunis İngiltərə ilə oyunda qapıya bir dəqiq zərbə vurdu, oda penaltidən. Belçika Martinesin başlıçılğı altında əməlli başlı maşına bənzəyir. Seçmə mərhələdə 10 oyundan 9-da qalib gəldi, 43 qol vurdu (ortalama hər görüşə 4 top deməkdir). İki ildə səhv etmirəmsə bir dəfə uduzub, oda yoldaşlıq görüşündə İspaniyaya. Bu matçda qələbə gözləyirəm və ümid edirəm qolda buraxmayacaq.
FIFA World Cup 2018
Dünən, 12:31
Brazil - Costa Rica
Təxmin:
ÜST (2,5)
Məbləğ:
7
(-7)
Başlama vaxtı: (2018-06-22 15:00)
2:0 (0:0,2:0)
Dünya çempionatında nəticələr gözlənilən kimi getmir. Kağız üzərində zəiflər güclülürdən xal alır və ya favorit komandalar 5-ci dəqiqədə bir qol vurur və 90 dəqiqə bu hesabla bitir. Mən artıq əminəm ki, bukmeykerlərin bütün görüşlərdə "barmağı" var. Bu səbəbdən dərin analizə ehtiyac duymuram. Braziliya ilk turda özündən sonra qrupun ən güclüsü hesab etdiyim İsveçrəyə qarşı matçda 1 xalla razılaşdı. Bu görüşdə mütləq qələbə qazanmalı ki, növbəti qrupdan çıxmaq üçün şansı saxlasın. Yoxsa C.Amerika yığmaların fiaskosu baş tuta bilər. Kosta-Rika zəif komanda deyil. ilk turda qapısından bir top keçirməklə Serbiyaya məğlub oldu və bu qolda standart vəziyyətdən vuruldu. Düşünürəm ki, hər iki komanda hücumda oynayacaq, çünki itirələcək nəsə yoxdur.
Mediterranean Games
Dünən, 12:02
France U18 - Turkey U18
Təxmin:
FORA2 (+1,5)
Məbləğ:
6
(+2,4)
Başlama vaxtı: (2018-06-22 14:00)
1:0 (0:0,1:0)
DÇ ilə yanaşı bir çox beynəlxalq yarışlar keçirilir. Bu turnirlərdən biridə "Aralıq dənizi oyunları"dır. 3 qrupda 3 komandadan ibarət yığmalar mübarizəyə start verir. Qruoda ilk oyun olduğundan analiz etmək bir az çətindir, amma statistik rəqəmlər, keçirdikləri oyunlara nəzər yetirdikdə türk yeniyetmələrinin rəqibləri fransızlardan geri qalmadığını düşümürəm. Ola bilər bir top fərqi ilə uduzsunlar, amma mənim təxminim bu halda uduşlu hesab etmək olar. Bol şanslar.
FIFA World Cup 2018
21-06-2018, 13:50
Denmark - Australia
Təxmin:
Q1
Məbləğ:
6
(-6)
Başlama vaxtı: (2018-06-21 15:00)
1:1 (1:1,0:0)
Düzdür riskli mərcdir, amma iki ölkə arasında futbol səviyyəsini nəzərə alsaq Danimarkanın bu gün qalib gələcəyini düşünürəm. Avstraliya Fransa ilə görüşdə qapıya bir zərbə edindi , oda ki penaltidən. Danimarka isə həmişə ağıllı futbol oynayıb, müdafiəyə önəm veriblər. Təvqimə görədə son turda Fransa ilə üzbəüz gələcəklər. İşlərin şansa saxlamayacaqlar. Bu gün qrupdan çıxmağı qaranti edəcəklər.
FIFA World Cup 2018
21-06-2018, 13:46
France - Peru
Təxmin:
İ.T.ÜST: K1 (1,5)
Məbləğ:
8
(-8)
Başlama vaxtı: (2018-06-21 18:00)
1:0 (1:0,0:0)
Salam dostlar. Başlayaq Fransadan. İstədim Q1 götürəm, sadəcəyə həyəcan qatmaq üçün EKS üst 1.5 seçdi. Düşünürəm Deşam əsas heyətdə bəzi dəyişiliklər edəcək. Sidibe, Mendi, Toliso ilk 11likdə olacaq. Düzdür Peru gözəl oyun göstərir, amma Fransa qarşısında bu gün şansı yoxdur. Mbappe,Qrizman,Dembele,Jiru, Fekir, Toven və s. riski sevməyənlər Q1 yazıb oturub oyunu izləsinlər. Mənim seçimim budur. Bol şanslar
Belarus. Premier League
18-06-2018, 14:00
Dinamo Minsk - Vitebsk
Təxmin:
Qarşılıqlı qol: QQ
Məbləğ:
7
(+9,1)
Başlama vaxtı: (2018-06-18 17:00)
1:1 (1:0,0:1)
Yenədə Belarusiya çempionatı və yenədə turnir cədvəlində qonşu olan iki komanda. Digər proqnozdan fərqli olan odur ki, bu iki komanda çempionatın vahid lideri olan Bate ilə mübarizə aparmaq istəyirlər. Hər iki komanda stabil oyun göstərir, qollar vurur, xal qazanır. Bukmeykerlərdən fərqli olaraq düşünürəm ki, hər ikisi hücum futbolu oynayacaq və rəqib qapısına yol tapa biləcəklər. Ən əsasıda Vitebskin qoluna çox ümidliyəm. canlı oynayanlar gedişata görə QQ və ÜST variantlarını yoxlaya bilər. Bol şanslar.
Vietnam. V-League
17-06-2018, 13:30
Nam Dinh - Than Quang Ninh
Təxmin:
FORA1 (0)
Məbləğ:
7
(0)
Başlama vaxtı: (2018-06-17 14:00)
1:1 (1:0,0:1)
Turnir cədvəlinin autsayderi Nam Din doğma divarlar arasında cədvəlin iki yerində qərarlaşan Kuaqnini qəbul edir. Ev sahibi 13 oyundan 2Q/3H/8M əldə etməklə 9 xala sahibdir. TF 13/24. Evdə keçirdiyi 6 oyundan 1Q/2H/3M və rəqib qapısından 3 top keçirdiyi halda 7 topda çıxarıb. Rəqibi isə 13 oyundan 7Q/3H/3M-lə 24 xala malikdir və liderdən 11 xal geri qalır. Səfərdə keçirdiyi 6 görüşdə 2Q/2H/2M qapılara 7 top vurub, 9-un buraxıb. Düşünə bilərsiz belə zif komandaya niyə mərc edirəm. Son 5 oyunda vurduğu qollar, və son ev matçına qol buraxmadan qalib gəlməsi, düşünürəm ki, komanda yüksəliş ərəfəsindədir. Açığı qalib gələcəyini düşünürəm. Sadəcə mərci riskə soxmamaq üçün fora ilə götürdüm ki, heç-heçə olduğu halda geri ödəniş olsun. Bol şanslar!
FIFA World Cup 2018
17-06-2018, 11:34
Brazil - Switzerland
Təxmin:
Q1
Məbləğ:
7
(-7)
Başlama vaxtı: (2018-06-17 21:00)
1:1 (1:0,0:1)
Hə, türk qardaşlar demiş, gəldik çatdıq zurnanın zırt dediyi yerə:) Bu günün ən maraqla gözlənən oyunu və bu səbəbdən saytda "canlı matçlar" bölməsində bu görüş "Günün Matçı" statusuna sahibdir. Hər ikisi çox güclü komandadır. qrupun ilk oyunu, amma ancaq lakin bu qarşıdurma qrupun liderini böyük ölçüdə təyin edəcək. Braziliya mənim bu mundialda favoritimdir və düşünürəm ki, kuboku başı üzərinə məhz sambaçılar qaldıracaq. Siz kimi çox istəyirsiz onun canı heyətə bir baxın baldır bal) Neymar, Villian, Kautinyo,Kasemiro, Paulinyo, Silva, Marsello, Kosta, Firminyo,Fernandinyo və s. Hansı kişinin qapısına elçiliyə getsələr qızını verər) İsveçrə heyətindəki futbolçuların səviyyəsi ilə heçdə rəqibindən geri qalmır demək istərdim, amma deyə bilmirəm:) Səviyyəli futbolçuları var, lakin braziliyalılar qədər deyil. Məsələn Rodriqez,Bəhrami, Embolo, Zuber, Şaqiri, Xaka və s. Çox gərgin oyun olacaq və plusda bura bukmeykerlərin "barmağı"nı nəzərə alıb Braziliya total 1.5 over götürmək istəmədim. Eləcənə təmiz qələbə götürüb oyunu izləyəcəm. Bol şanslar!
FIFA World Cup 2018
17-06-2018, 11:16
Germany - Mexico
Təxmin:
Q1
Məbləğ:
7
(-7)
Başlama vaxtı: (2018-06-17 18:00)
0:1 (0:1,0:0)
Bu günə DÇ ilə əlaqədar ikinci proqnozum. Dünən bütün gününü Lövün açıqlamasını gözləmişəm və qeyd edəndə ki, Mesut Özil qarşışıq bütün komanda matç üçün hazırdır, bir az rahatlaşdım. Çünki həmin ana qədər Almaniya favorit deyildi. Təsəvvür edin seçmə mərhələdə 10 görüşün hamısın udub bir başa vəsiqə qazanan bir komandadır. Yoldaşlıq oyunlarındakı nəticə önəmli deyil. Mudialın qalib olası komandalardan biridir.
Amma qrupunda ən təhlükəli komandaya qarşı mübarizə aparacaq. Meksikanın heyətində Karlos Vela, Ernandes, Korona, Lozano, dos Santos qardaşları kimi güclü futbolçuları var. Ruslar demiş nu vse taki Alamaniya güclüdür) Səviyyə fərqi bu axşam öz sözün deyəcək. Axşamı gözləyək. Bol şanslar
FIFA World Cup 2018
17-06-2018, 11:05
Costa Rica - Serbia
Təxmin:
Q2
Məbləğ:
7
(+7)
Başlama vaxtı: (2018-06-17 15:00)
0:1 (0:0,0:1)
Hər Serbiya adı görəndə nədənsə Azərbaycanla 2003-dəki görüşləri yadıma düşünür. Səfərdə 2-2, evdə 2-1 uduğumuz oyunlar. Möhtəşəm hisslər idi:) Nəsə keçim analizə.
Bu görüşüdə mənim fikrimcə favorit Serbiyadır. Heyətində düyna səviyyəli oyunçular var. Latsiodan "ağ Poqba" ləqəbli Savic,şayələrə görə Real-Madrid 150 miliyon təklif edir. Sonra İvanovic, Milenkovic, Kolarov, Mitrovic hansı ki, Boliviya ilə oyunda şou göstərdi,Matic və s. Bu futbolçular hal hazırda matç üçün alışıb yanır desəm yanılmaram:)Maraqlı olan tərəfi odur ki, hücumda oynayan futbolçuların əksəriyyəti cavandır. Əgər yanılmıramsa Serbiya U19 bir neçə il öncə dünya çempionu olmuşdur və indi həmin heyətin çoxu Rusiyada mundialda iştirak edir. Bu il mundialın surpiriz yığması Serbiya ola bilər.
Kosta-Rika pis yığma deyil, amma əvvəli yığma olmadığı dəqiqdir. Düzdür Navas, Ruis, Qambao kimi heyətində güclü futbolçular var.Amma futbola görə yaşları çoxdur. Yoldaşlıq görüşlərində də uğurlu nəticə əldə edə bilmədilər. Ən vacibidə qapıya zərbələrin sayının az olduğu bir statistika qarşımıza çıxır. Sözümün qısası bu görüşdə serblər qalib gələcəyini düşünürəm. Yoxsa qrupunda Braziliya, İsvecrə kimi komandalara yarışda nailiyyət əldə etmək çətin olacaq. Bol şanslar.
FIFA World Cup 2018
16-06-2018, 13:16
Croatia - Nigeria
Təxmin:
Q1
Məbləğ:
8
(+6,4)
Başlama vaxtı: (2018-06-16 22:00)
2:0 (1:0,1:0)
Maraqlı görüş bizi gözləyir və deyə bilərəm ki, bu günün matçı məhz budur. Elə bu səbəbdəndə saytda "canlı matçlar" bölməsində bu oyun seçilib. Qeyd edim ki, bütün DÇ matçları canlı olaraq sizə təqdim olunacaqdır.
Xorvatiyanın işi çox çətindir. Yaxşı anlayır ki, Nigeriya üzərində qələbə mütləqdir. Çünki qrupda Argentina və İslandiya kimi komandalar var. Xorvatlar elə bir komandadır ki, vacib olan görüşlərdə nəticə əldə edə bilirlər. Düzdür Nigeriya istənilən komanda üçün baş ağrı olacaq, çünki fiziki cəhətdən güclü oyuncuları var. Amma bu görüşdə taktika öz işin görəcək. Xorvatiya bu oyunda qələbə qazanmağa borclu. İslandiya ilə görüşdədə böyük ölçüdə "üçüncü artıqdır" fikrinə aydınlıq gətirəcəklər. Statistika sevənlər üçün qeyd edim ki, Xorvatiya keçirdiyi 4 yoxlama görüşündə 2 qələbə , 2 məğlubiyyət əldə edib və bunların yalnız biri QQ və üst bitib. Nigeryia isə 5 görüşün heç birində qələbə qazana bilməyib, 1 ÜST, 3QQ qeydə alınıb. Bol şanslar!

Sizə təqdim olunmuş futbol matçarın analizi bizim təcrübəli üzvlərimiz tərəfindən nəşr olunur. Analizlər pulsuz və ödənişsizdir. Digər saytlardan fərqli olaraq biz sizdən analizləri izləmək üçün hər hansı bir ödəniş tələb etmirik. Freebets.tips saytında yazılmış proqnozları izləməklə siz həm öyrənmiş olarsız və özünü doğrultmuş proqnozçuların yazdığı təxminlərə bukmeyker kontorlarda real pul qoyluşu edə bilərsiniz. Etibarli və güvənli proqnozçuların seçilməsi üçün saytda unikal sistem işləyir və stabil proqnoçuların reytinqi əsasında müvafiq bir cədvəl yaranır. Siz hər bir proqnozçunun profilinə daxil olaraq özəl statistikasına baxa bilərsiniz.
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat