Futbol. Belarus. Premier League
30-06-2018, 12:54

Neman Grodno - Minsk

Təxmin:
Q1
Məbləğ:
(-5)
Başlama vaxtı: (2018-06-30 20:45)
2:2 (1:0,1:2)
Salam dostlar. Ümid edirəm yaxşısız. İki günlük fasilədən sonra yenə proqnozlara davam. Sadəcə meydanda təkəm deyə maraqda qalmır, siz niyə proqnoz əlavə etmirsiz? özünüzə güvənmirsiz? Lap tutaq ki, yazmağa həvəs yoxdur, biz onsuzda hazıra nazir olmağı sevirik. Bəs oxuduğunuz proqnoza niyə "əla" və ya "pis" işarəsi qoyub reaksiya vermirsiz? yəni bu qədər eqoist olmuşuq? Vaxt gələcək bu sayt parlayacaq, onda isə bəziləri üçün gec olacaq. İndidən başlayın ki, proqnozlar satışa çıxanda pul qazana biləsiz. Nə isə özünüz bilərsiz. Seçim sizin. Eqoistliyə davam edin.
Proqnoza gəlincə isə Neman səfərdə oynasaydı qələbəsi üçün heç bu qədər narahat olmazdım. Çünki əsl səfər komandasıdır. 6 oyunun 5də qalib gəlib, birində heç-heçəyə nail olub. Evdə də oynaya bilmir. 7 oyundan yalnız ikinsində qələbə qazanıb. Maraqlısı odur ki, rəqibi Minskdə özü kimidir. düzdür yaxşı nəticələr əldə edə bilmir, amma səfərdə oynayan komandadır. Təsəvvür edin qazandığı 10 xalın 6-nı səfərdə qazanıb. Ümid edirəm ki, Neman turnirin autsayderi Minskə öz evində qalib gələr. Risk etmək istəyənlər fora ilə qələbə götürə bilərlər. Bol şanslar!
Şərh yazmaq üçün mütləq qeydiyyat ol və ya daxil ol.
× Qonaq qrupuna daxil olan ziyarətçi şərh yaza bilməz.
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat