Futbol. Clubs. International. UEFA Champions League. Qualification. 2nd Round. 1st Leg
25-07-2018, 10:31

Kukesi - Qarabag

Təxmin:
ALT (2)
Məbləğ:
(+6,3)
Başlama vaxtı: (2018-07-25 20:00)
0:0 (0:0)
Salam dostlar. Qeyd edim ki, TURNİRDƏ məni izləyə bilərsiz. Nəticələr yaxşıdır. İstifadə edin;)
UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. İlk oyun. KUKESI - QARABAĞ. Komandamız bu gün axşam saat 21:00da Albaniyada meydana çıxır. Yadımdan çıxmamış yazım ki, admindən soruşdum, çox güman sayt vasitəsi ilə matç canlı təqdim olunacaqdır.
Birinci təsnifat mərhələsində Kukesi Maltanın Valleta komandasını kənarda qoydu, hansı ki, evə qolsuz bərabərə qalmaqla səfərdə qarşılıqlı qolların sayəsində növbəti mərhələ keçdi. Ümumiyyətlə bu komanda Qarabağımız üçün ən münasib rəqib deyə bilərəm. Düzdür atlılar səfərdə Olimpiya üzərində qələbəyə görə ikinci tura keçdi. Çoxdakı evdə qol vura bilmədi, amma Qarabağ elə Qarabağdır. Hər il komanda bu cür oyun sərgiləyir və oyundan oyuna artırır. İki gündür mətbuatı izləyirəm, "mandrajda" olan komanda məhz ev sahibidir. Futbolçular, baş məşqçilər qələbədən dəm vururlar, əllərindən gələni edəcəklərini deyirlər. Amma Qurban hocamız net və qısa olaraq dedi ki, heyətdə problemlər var, amma qələbə üçün meydana çıxacayıq. Rəqibini yaxşı analiz edib. Keçən səfər etdiyim analizdə özünü doğrultmuşdur. Düşünürəm ki, bu axşamda hər iki komanda ehtiyatla oynayacaq. Komandamız minimal hesablı qələbə qazanacağını düşünürəm. Ən pis halda heç-heçə olacaq. Amma əmsallar az olduğundan 2 alt seçdim. Oyunda bundan çox qol olacağını yatsam yuxumda görə bilmərəm:) Bir sözlə bu axşam komandamıza uğurlar arzu edirəm. Məyus olan tərəf albanlar olacaq.
P.S.: Özüm yeni transferlər haqqında nəsə yazmadım. Oda qalsın cavab görüşünə wink
Şərh yazmaq üçün mütləq qeydiyyat ol və ya daxil ol.
× Qonaq qrupuna daxil olan ziyarətçi şərh yaza bilməz.
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat