Futbol. FIFA World Cup 2018
14-06-2018, 21:56

Morocco - Iran

Təxmin:
Q1
Məbləğ:
(-6)
Başlama vaxtı: (2018-06-15 18:00)
0:1 (0:0,0:1)
Futbol üzrə DÇ-2018. İkinci gün. İlk tur.
Mərakeş-İran

Çətin qrupdur. Son Avropa çempionu Portuqaliya, vitse çempion İspaniya, Mərakeş, İran.
Afrika təmsilçisi bu qrupdan play-offa çıxmaq üçün mütləq qalib gəlməlidir. Qeyd edim ki, afrikalılar 18 görüşdür uduzmur. Mükəmməl səviyyədə seçmə mərhələni başa vurdular. 8 oyuna cəmi bir qol buraxdılar. Öz qrupunda isə 3 qələbə 3 heç-heçə etməklə, 11 qol vurmaqla və qapısında qol görmədən DÇ-yə vəsiqəni əldə etdi. Heyətə nəzər salsaq TOP5 avropa ölkələrinin klublarında oynayan futbolçular var. Müdafiədə Benatiya -Yuventus, Hakimi-Real, Mendill-Lill və s. Hücumda Ayaksın 10 nömrəsi Zieş, Feyenorddan Kərim, Harit-Şalke,Ən-Nəsiri Malaqa və s. sözümün qısası odur ki, Afrika ölkəsi olsada futbolçular Avropada top qovur və atmosfer yad deyil.
İran. Güclü komandadır, amma öz qitəsində Asiyada. Heyətə baxanda bir müddət Rostovda parlayan Azmun, Olimpiakosun bonbardiri Ansarifat hansı ki, Litvaya qarşı son yoxlama oyununda heç meydana çıxmadı və s. Əksəriyyət futbolçular Asiya çempionatında top qovurlar və səviyyə fərqinə görə mərakeşlilərdən geri qalırlar. Bu səbəbdən düşünürəm ki, favorit afrikalılardır və bu şansdan maksimum istifadə edəcəklər. Kim riski azaltmaq istəyirlərsə Fora1(0) 1.55 kf ilə seçə bilərlər. Heç-heçə olduğu halda geri ödəniş olacaq.
Bu sadəcə bir ehtimaldır. Dəqiq nəticə oyundan sonra bilinəcək. Bol şanslar.
Şərh yazmaq üçün mütləq qeydiyyat ol və ya daxil ol.
  1. MüəllifVinicius
    15 iyun 2018 13:28
    Mence bu oyunda q/q olacaq
× Qonaq qrupuna daxil olan ziyarətçi şərh yaza bilməz.
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat