Futbol. FIFA World Cup 2018
17-06-2018, 11:34

Brazil - Switzerland

Təxmin:
Q1
Məbləğ:
(-7)
Başlama vaxtı: (2018-06-17 21:00)
1:1 (1:0,0:1)
Hə, türk qardaşlar demiş, gəldik çatdıq zurnanın zırt dediyi yerə:) Bu günün ən maraqla gözlənən oyunu və bu səbəbdən saytda "canlı matçlar" bölməsində bu görüş "Günün Matçı" statusuna sahibdir. Hər ikisi çox güclü komandadır. qrupun ilk oyunu, amma ancaq lakin bu qarşıdurma qrupun liderini böyük ölçüdə təyin edəcək. Braziliya mənim bu mundialda favoritimdir və düşünürəm ki, kuboku başı üzərinə məhz sambaçılar qaldıracaq. Siz kimi çox istəyirsiz onun canı heyətə bir baxın baldır bal) Neymar, Villian, Kautinyo,Kasemiro, Paulinyo, Silva, Marsello, Kosta, Firminyo,Fernandinyo və s. Hansı kişinin qapısına elçiliyə getsələr qızını verər) İsveçrə heyətindəki futbolçuların səviyyəsi ilə heçdə rəqibindən geri qalmır demək istərdim, amma deyə bilmirəm:) Səviyyəli futbolçuları var, lakin braziliyalılar qədər deyil. Məsələn Rodriqez,Bəhrami, Embolo, Zuber, Şaqiri, Xaka və s. Çox gərgin oyun olacaq və plusda bura bukmeykerlərin "barmağı"nı nəzərə alıb Braziliya total 1.5 over götürmək istəmədim. Eləcənə təmiz qələbə götürüb oyunu izləyəcəm. Bol şanslar!
Şərh yazmaq üçün mütləq qeydiyyat ol və ya daxil ol.
× Qonaq qrupuna daxil olan ziyarətçi şərh yaza bilməz.
Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat