Saytın ümumi qaydaları, proqnozların əlavə olunması, bankın hesablanması

1. Saytda davranışın ümumi qaydaları:

1.1. "Freebets.tips" – proqnozçuların sosial şəbəkəsidir. Bu resurs idman proqnozlarına və iştirakçılar arasında oyunların müzakirəsinə həsr olunub.

1.2. Saytda qeydiyyatdan keçməklə Siz Qaydalara əməl etmək öhdəliyi götürürsünüz.

1.3. Saytımızda bütün digər üzvlərə qarşı hörmətlə yanaşmalısınız. Digər iştirakçılara münasibətdə təhqirə yol vermək olmaz. Proqnoz verənləri deyil, proqnozları müzakirə edin.

1.4. Yadda saxlayın ki, vpul qoyuluşu etdikdə bütün riskləri öz üzərinizə götürürsünüz. Narazılıq olduqda Adminlərə və Moderatorlara müraciət edə bilərsiniz (şəxsi mesajlardan istifadə edin).

1.5. Saytda irqi, dini və siyası fikirlər qəti qadağandır. Anlayışınıza və saytımızı daha nəzakətli və səmimi etmək səylərinizə görə öncədən Sizə təşəkkür edirik.

1.6. Qaydalara əməl etmək saytın bütün bölmələrində - proqnoz yerləşdirərkən, çatda və forumda ünsiyyət zamanı məcburidir.

2. Saytda qeydiyyatdan keçmə

2.1. Saytda qeydiyyatdan keçməklə Siz Qaydalara əməl etmək öhdəliyi götürürsünüz.

2.2. Qeydiyyatdan keçməklə Siz təsdiq edirsiniz ki, sayt administrasiyasının spamdan istifadənin, senzuradan kənar ifadələrin işlədilməsinin, narkotiklərin, terrorçuluğun, ekstremizmin və s. təşviq edilməsinin qarşısını almaq məqsədilə saytdakı bütün yazışmalara baxmaq hüququ var. Yazışmalarda Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan hər hansı fakt aşkar olunarsa, saytın administrasiyası müvafiq dövlət orqanlarına müraciət etmək hüququna malikdir.

2.3. Saytda eyni zamanda 5-dən çox aktiv hesabın (akkaunt) istifadəsi qadağandır. Müxtəlif hesablardan istifadə etməklə turnirlərdə iştirak etmək, eləcə də 3-dən çox hesab vasitəsilə proqnoz yerləşdirmək qadağandır.

2.4. Qeydiyyatdan keçdikdən dərhal sonra proqnoz yerləşdirə bilərsiniz. Çatda mesaj yazmaq qeydiyyatdan keçdikdən 7 gün, forumda mesaj yazmaq isə qeydiyyatdan keçdikdən 1 gün sonra mümkündür (forum yaxın gələcəkdə nəzərdə tutulub)

2.5. Qeydiyyatdan keçdikdə profil səhifənizdə (“Haqqında” bölməsində) əlaqə məlumatlarınızın (e-mail ünvanı, mobil telefon nömrəsi, skype və s.) göstərilməsinə icazə verilmir. Eləcə də profil səhifənizin “Haqqında” bölməsində hər hansı xidmət və ya malların reklamı qadağandır.

2.6. Saytın administrasiyası qeyd olunan informasiyalara dəyişiklik etmək və ya Qaydaların kobud pozulması hallarında istifadəçini bloklamaq hüququnu özündə saxlayır.

3. Təxminin əlavə edilməsi:

3.1. Təxmin əlavə etmək üçün saytda qeydiyyatdan keçmək və sağdakı menyudan “Təkli kupon əlavə et” və ya “Ekspress kupon əlavə et” seçimlərindən birini etmək lazımdır. Matçın başlanmasına 15 dəqiqədən az qaldıqda proqnoz əlavə etmək mümkün deyil. Proqnozların yerləşdirilməsinə olan tələblərlə tanış olmağınız tövsiyə olunur.

** Təxmininizin əsaslandırılması həmin matça aidiyyatı olan və həqiqi məlumatlarla olmalıdır.

3.2. Əgər əsaslandırma əvəzinə faktlara söykənməyən fikir, yaxud kifayət qədər əsaslandırılmayan təhlil yerləşdirilirsə, proqnoz 1 əmsalla hesablanır (və ya silinir), proqnoz müəllifinin isə vpul qoyuluş etməsinə müvəqqəti məhdudiyyət qoyulur.

Natamam əsaslandırmalara tipik nümunələr:

“Son 3 halda “Real” və “Barselona” toplam 2.5 üst oynayıblar, buna görə də hesab edirəm ki, onlar yenə toplam 2.5 üst oynamağı bacaracaqlar”

“Arsenal" Avropa futbolunun nəhəngidir və buna görə də bu gün rəqibi çox rahat yenməlidir”

“Atalanta” çempionatın aşkar autsayderidir və bu səbəbdən onların “Yuventus”a müqavimət göstərə biləcəyini düşünmürəm”

3.3. Əgər proqnozçunun bankında 210 VAZN varsa, proqnozun həyata keçmə ehtimalı 62% və daha çoxdursa və son 30 gün ərzində qazanc 10%-dən çox olubsa, proqnoz “Qabaqçıl proqnozçular” kateqoriyasına, əks halda isə “Proqnozçular” kateqoriyasına yerləşdirilir.

3.4. Əmsallar siyahıda olan bukmeker kontorlarından avtomatik olaraq əlavə olunur. 98% hallarda proqnozlar avtomatik hesablanır. Əgər proqnozunuz avtomatik hesablanmadısa, 3-6 saatdan sonra yardım məqsədilə saytın moderatorlarına müraciət edə bilərsiniz.

3.5. 3 saat müddətində proqnoz avtomatik hesablanmazsa, proqnozunuzu özünüz hesablaya bilərsiniz. Bu zaman proqnozun yanında “Oyunun nəticəsinin daxil et!” keçidi görünəcək. Moderatorlar mütləq sizin proqnozları hesablamağınıza nəzarət edəcək və səhv hesablama aşkar olunarsa, proqnozçu cəzalandırılacaq.

3.6. Oyunların gedişində (live) qoyuluşlar etmək qadağandır. Çünki belə hallarda vəziyyət tez-tez dəyişir və belə informasiya istifadəçilərə əsasən lazımsız olur. Oyunun gedişi ilə bağlı fikirlərinizi yerləşdirilmiş müvafiq proqnozun və ya xəbərin şərh bölməsində yaza bilərsiniz.

3.7. Proqnoz əlavə etməmişdən əvvəl mütləq TƏXMİNLƏRİN ƏLAVƏ OLUNMASI QAYDALARI ilə tanış olun.

3.8. Matçın bir variantına ən çoxu 3 təxmin yerləşdirmək olar (ekspresslər daxil olmaqla). Hadisənin variantının adı proqnoz əlavə olunarkən “Çempionat” sətrində əks olunur (məsələn, “Milan – Mançester” və “Milan – Mançester. Oyunun statistikası” fərqli variantlar hesab olunur).

3.9. Bir hadisəyə yalnız FƏRQLİ tip nəticələr – bura toplam, qələbə, fora və s. daxildir – proqnozlaşdırıla bilər.

Nümunə: Əgər hər hansısa oyuna Q1 proqnozu (ev sahibi komandanın qələbəsi) etmisinizsə, onda elə bu oyuna növbəti qoyuluş zamanı (ekspresslər da daxil olmaqla) mütləq başqa nəticə seçməlisiniz, məsələn, toplam, fora, birinci hissə də Q1 və s.

Q1, oyun nəticəsi Q1, 1X eyni nəticəli proqnoz hesab olunur.

Oyunun toplamı 0.5 və hər iki komanda qol vuracaq: yox və ya dəqiq hesab 0:0 (istənilən eyni dəqiq heç-heçə hesabı göstərilə bilər) və heç-heçə və ya Fora1 (0) və 1X də eyni nəticəli proqnoz hesab olunur. Bir nəticə eyni oyun üçün yalnız bir dəfə proqnozda isifadə oluna bilər.

3.10. VACİB QEYD: Biatlonda yalnız fərqli komanda (idmançı) cütlərinə proqnoz yerləşdirmək olar. Əgər Rusiya – Almaniya proqnozundan sonra Rusiya – Fransa üçün proqnoz verilərsə, qoyuluş ləğv olunacaq. Bu cür proqnozlar təkrar hesab olunur. Yəni bir komanda və ya idmançı proqnozlarda təkrarlanmamalıdır.

Nəticənin təkrarlanması faktları aşkarlandıqda, həmin proqnozlar silinəcək, ekspress proqnozlarda isə 1 əmsalla hesablanacaq.

4. Qoyuluş strategiyasının seçimi 

Fiksə edilmiş (sabit) – bu, 1-10 VAZN aralığında olan məhdud məbləğdir. Sistem “Flet” strategiyası üzrə, hər hadisəyə fiksə olunmuş qoyuluş edən oyunçular üçün yaradılıb.

İdarəedilən (faizli) – bu, bankınızda olan məbləğin 0,5%-dən 5%-dək məbləğdə qoyuluş etməyə imkan verən məhdud məbləğdir. Sistem "bank faizi" strategiyası üzrə, daim bankdakı məbləğindən faizlə qoyuluş edən oyunçular üçün yaradılıb. Bankınızdakı məbləğ nə qədər çox olarsa, seçdiyiniz hadisəyə bir o qədər yüksək həcmdə qoyuluş edə bilərsiniz.

Nəticə ehtimalı – oyunçunun proqnozunun həyata keçmə ehtimalı faizi ilə qiymətləndirilməsi. Bu strategiya proqnozunuzun baştutma ehtimalını müəyyənləşdirməyə imkan verir. Burada bizim maşın proqnoza avtomatik olaraq lazımi miqdarda pul qoyuluşu edir. Sistem maliyyə bazarlarında istifadə olunur və orada buna "Ehtimal nəzəriyyəsi" adlanır.

5. Qoyuluşların və bankın hesablanması qaydaları

5.1. Düzgün tapılmış (reallaşmış) proqnoz zamanı qoyuluşun məbləği proqnozun əmsalına vurulur, amma qoyuluş məbləği ən çoxu 8 dəfə arta bilər. Başqa sözlə, hazırladığınız ekspres proqnozun əmsalı 8-dən çox olsa belə, qoyuluşunuz 8-ə vurulacaq.

5.2. Səhv proqnoz zamanı bank qoyuluşun məbləği qədər azalır, məsələn 10 VAZN qoyuluş etmisinizsə, bankdan 10 VAZN çıxılacaq.

Qeyd: Proqnoz zamanı əmsallar məhdudlaşdırılmır, lakin uduş qoyuluşun maksimum 8 misli ola bilər.

Ümumi bank və cari ay üzrə bank proqnozda öz əksini tapır. İstifadəçi profilində siz ümumi bank, cari ay üzrə bank, əvvəlki aylar üzrə bank barədə məlumat tapa bilərsiniz. Qoyuluşun tarixi kimi hadisənin tarixi götürülür. Proqnozda hadisənin tarixi göstərilməyibsə, proqnozun əlavə edildiyi tarix qoyuluşun tarixi hesab olunur.

Qoyuluşun səhv hesablandığı və ya yerləşdirildiyi proqnoz aşkar etsəniz, “Şikayət et!” düyməsi vasitəsilə və ya “Əlaqə” bölməsindən xəbər verin. İstifadəçinin hesablanmamış qoyuluşlarının sayı 10 və daha çox olarsa, o, yeni proqnozlar əlavə edə bilməyəcək. Bu halda moderatorlarla əlaqə saxlamaq lazımdır. Oyunçuların “Top-20”liyinə “Proqnozçuların reytinqi” bölməsində baxa bilərsiniz.

5.3. Qoyuluşların hesablanması xüsusiyyətləri

5.3.1. Futbol.

- Oyunda qələbə variantı istisna olmaqla, əsas xətt üzrə (statistika istisna olmaqla) qalib, fora, toplamlar və fərdi toplamlar üzrə qoyuluşlar oyunların əsas vaxtı üzrə qəbul edilir;

- Oyunda qələbə, növbəti mərhələyə keçmək və oyunun statistikası üzrə qoyuluşlarda əlavə vaxt və penalti seriyası da nəzərə alınır;

- Dəqiq hesab üzrə qoyuluşlar əlavə vaxt nəzərə alınmaqla qəbul edilir;

- xüsusi qoyuluşlar (oyunçuların göstəriciləri və s.) zamanı əlavə vaxt nəzərə alınır;

- futbolda qoyuluşların hesablanması zamanı qoyuluşun edildiyi bukmeker kontorunun və hadisənin rəsmi mənbəyinin saytındakı nəticələr əsas götürülür.

5.3.2. Hokkey.

- Oyunda qələbə variantı istisna olmaqla, əsas xətt üzrə (statistika istisna olmaqla) qalib, fora, toplamlar və fərdi toplamlar üzrə qoyuluşlar oyunların əsas vaxtı üzrə qəbul edilir;

- Oyunda qələbə, növbəti mərhələyə keçmək və oyunun statistikası üzrə qoyuluşlarda əlavə vaxt nəzərə alınır (əsas vaxtdan sonra birbaşa bullitlərə keçilən oyunlar istisna olmaqla);

- hokkeydə qoyuluşların hesablanması zamanı qoyuluşun edildiyi bukmeker kontorunun və hadisənin rəsmi mənbəyinin saytındakı nəticələr əsas götürülür.

5.3.3. Böyük tennis

- əsas xətt üzrə bütün qoyuluşlar tennis oyun qaydaları reqlamenti nəzərə alınmaqla qəbul edilir. Oyunçulardan birinin matçı davam etdirməkdən imtina etməsi halında BÜTÜN qoyuluşlar 1 əmsalla hesablanır (geri qayatarılma).

5.3.4. Basketbol.

- basketbola bütün qoyuluşlar əlavə vaxt nəzərə alınmaqla qəbul edilir. Əsas vaxtda qalib müəyyən olunarsa, qoyuluşlar əsas vaxt üzrə hesablanır.

5.3.5. Biatlon.

- biatlonda yalnız fərqli komanda (idmançı) cütlərinə proqnoz yerləşdirmək olar. Əgər Rusiya – Almaniya proqnozundan sonra Rusiya – Fransa üçün proqnoz verilərsə, qoyuluş ləğv olunacaq. Bu cür proqnozlar təkrar hesab olunur. Yəni bir komanda və ya idmançı proqnozlarda təkrarlanmamalıdır.

5.4. Oyunun iştirakçılarından (komandalardan) birinin matçı/oyunu davam etdirməkdən imtinası halında bütün qoyuluşlar geri qaytarılacaq.

5.5. Hadisənin göstərilən vaxtda başlamaması və 12 saatdan artıq sonraya təxirə salınması halında qoyuluşlar geri qaytarılacaq (nəzərinizə çatdırırıq ki, belə hadisələr üçün yerləşdirilmiş proqnoz silinməyəcək, geri qaytarılmış kimi nəzərə alınacaq).

6. Yardım

6.1. Proqnozunuza düzəliş etmək və ya onu silmək istəyirsinizsə, istənilən moderatora müraciət edin.

6.2. Yerləşdirilmiş proqnozlara istifadəçinin xahişi ilə düzəlişin edilməsi hadisənin başlanmasına 10 dəqiqədən az qaldıqda mümkün deyil.

6.3. Əgər saytda qaydaların pozulduğunu görsəniz, istənilən moderatora və ya administratora xəbər verin.

6.4.Əgər proqnozunuz düzgün hesablanmayıbsa (hadisənin rəsmi mənbəyindən və ya qoyuluşun edildiyi bukmeker kontorunun saytından “skrinşot”unuz varsa), saytın administrasiyasına məlumat verin.

7. Saytda qəti qadağandır

7.1. Saytın istifadəçilərinin, onların ailə üzvlərinin, qohumlarının, moderatorların və sayt administrasiyasının ünvanına təhqir və hədə-qorxu;

7.2. Proqnozların və danışılmış oyunların alışı/satışı, başqalarının hesabları ilə qoyuluş edərək qazanc əldə etməyə çalışmaq, borc pul istəmək;

7.3. Şərhlərdə və proqnozlarda qeyri-normativ, insanın şərəf və ləyaqətini alçaldan, millətlərarası ayrıseçkilik yaradan sözlər və ifadələr, coğrafi və milli əlamətlərlə bağlı təhqirlər qadağandır;

7.4. Spam;

7.5. İstənilən malların və xidmətlərin, digər internet resurslarının, KİV-in və ya hadisənin reklamı;

7.6. “Dəqiq bilinən oyun var, şəxsi mesajlara yazın”, “Kim şəxsi mesajlarda proqnoz istəyir?” tipli yazılar;

7.7. Çoxlu (5-dən çox) akkauntların (hesabların) yaradılması. Akkaunt yaradaraq bir neçə proqnoz verdikdən sonra ondan istifadə etmirsiz və yenisini yaradırsınız. Hadisələrin belə davamı bütün hesabların dondurulması ilə nəticələnəcək. Proqnozların yerləşdirilməsi, eləcə də turnirlərdə iştirak 1 akkaunt ilə həyata keçirilməlidir.

7.8. Maddi xeyir əldə etmək və ya sayta zərər vurmaq məqsədilə əlaqə məlumatlarının mübadiləsi*. Yadda saxlayın ki, saytımız ticarət meydanı deyil, proqnozçuların ünsiyyət yeridir!;

7.9. Şəxsi mesajlarda ödəniş sistemlərinin, elektron pul kisələrinin və s.- nömrələrinin mübadiləsi QƏTİ qadağandır;

7.10. Şəxsi mesajlarda müxtəlif əlaqə vasitələrinin daimi mübadiləsinin aparılması qadağandır*;

7.11. Siyasi çağırışlar və fikirlər, siyəsətin müzakirəsi və idmana aidiyyatı olmayan hər şey.

* - əgər Siz kiminləsə adi ünsiyyət qurmaq və ya birgə vaxt keçirmək istəyirsinizsə və bunun üçün əlaqə məlumatlarınızı (məsələn telefon və ya e-mail) bir-birinizə verirsinizsə, biz buna qarşı deyilik. Ancaq Siz istifadəçiləri digər saytlara cəlb etmək və ya satış həyata keçirmək məqsədilə əlaqə məlumatlarını dəyişdirsəniz, yaxud da müxtəlif əlaqə məlumatlarını sistematik şəkildə və daimi mübadilə etsəniz, bu sayta ziyan vurmaq kimi qiymətləndiriləcək.

8. Sanksiyalar 

İlk dəfə qaydaların pozulması halında istifadəçilərə aşağıdakı cəzalar tətbiq olunur:

8.1. Proqnozların dərc edilməsi qaydalarının pozulmasına görə:

- proqnozun şərhində başqa saytların məlumatının yerləşdirilməsi (copy paste) – 10 günə qədər ban.

- canlı (oyun başlayandan sonra) qoyuluşlar etmək qadağandır. Canlı qoyuluş edildiyi təqdirdə 7 günə qədər BAN.

- bir hadisəyə 3-dən çox pul qoyuluşunun edilməsi - 7 günə qədər BAN.

- boş-boş sözlər, simvollar, mənasız analitika, smyaliklər toplusu, sözsüz statistika – azı 2 gün müddətində proqnoz dərc edilməsinə qadağa.

8.2 Saytın ümumi qaydalarının pozulmasına görə:

- qoyuluşların yanlış hesablanması – 5 gün müddətinə cəza

- proqnozların satışı, başqalarının hesabları ilə qoyuluş edərək qazanc əldə etməyə çalışmaq, danışılmış oyunlar – azı 7 gün müddətinə cəza

- şərhlərdə spam – 1-7 gün müddətində cəza.

- şəxsi mesajlarda spam – 5 günlük cəzadan tutmuş IP-nin birdəfəlik “qara siyahı”ya salınmasına qədər.

- qeyri-etik ifadələr, təhqir. 1-ci dəfə 1 günlük, 2-ci dəfə 3 günlük cəza. Sonra səlahiyyət moderatorda olur: 5 gündən 9 günədək ban. İstifadəçilərin qohumları və ailə üzvlərini və ya Administrasiyanı təhqir etməyin cəzası azı 15 gündür.

- başqalarından pul istəmə, danışılmış oyunlar – azı 5 gün müddətinə cəza

- qaydaları pozmaqla əlaqə məlumatlarının mübadiləsi - azı 10 gün müddətinə cəza

- mükafat fondu olan müsabiqələrdə 1-dən çox hesabla iştirak – mükafat məbləğinin ödənilməməsi

Qaydaların yenidən pozulması təqdirində administrasiya ömürlük bloka qədər cəza tətbiq edə bilər.

Qoyuluş etmisinizsə və bundan sonra səhvə yol verdiyinizi müəyyən etmisinizsə, dərhal bu xəbərin şərh bölməsində səhv barədə yazın və “Şikayət et!” düyməsi ilə administratora xəbər verin. Bu halda yuxarıda sadalanan sanksiyalar sizə şamil edilməyəcək.

İstifadəçinin Sizi, saytın digər ziyarətçilərini aldatmağa çalışdığını və ya qaydaları pozduğunu aşkar etmisinizsə, “Şikayət et!” düyməsinə basmaqla bu fakt barədə administrasiyaya məlumat verə bilərsiniz.

9) Proqnozçular qrupunun cədvəli:

Qrup

Bank

Gün ərzində mak. proqnoz sayı

Proqnozçular 

200 VAZN-dək

8

Qabaqcıl proqnozçular

200-250 VAZN

9

Təcrübəlilər 

250-300 VAZN

10

Peşəkarlar 

300-350 VAZN

10

Ustadlar 

350-400 VAZN

12

Analitiklər

600 VAZN-dən etibarən

12

Çempionlar

1200 VAZN-dən etibarən

13


Qabaqcıl proqnozçular qrupuna keçid üçün istifadəçi 20-dən çox proqnoz verməlidir.

Saytda proqnozçuların müxtəlif qrupları mövcuddur. Bu, ilk növbədə, layihəmizdə iştirakçıların yüksəldiyi səviyyə göstəricisi hesab olunur. Qruplar müxtəlif rənglərə malikdir və avtomatik olaraq dəyişir. Qazancınız nə qədər çox olarsa, qrupunuz daha cəlbedici görünür. Bu, fəal proqnozlar dərc edən hər bir proqnozçu üçün yaxşı stimuldur.


Əməliyyatı yerinə yetirmək üçün sayta daxil olmalısız!
Birin seç, daxil ol:
Daxil ol: Şifrənin bərpası
Qeydiyyat